Dünya

Kütləvi qətlə görə həbsdə olan Perunun eks-prezidenti əfvlə azadlığa buraxıldı – FOTO/VİDEO

Sharing is caring!


90-cı illərdəki qətliama görə 25 il müddətinə azadlıqdan məhrum edilən Perunun eks-prezidenti vaxtından əvvəl həbsdən azad edilib. Konstitusiya Məhkəməsi keçmiş prezident Alberto Fuximorini 16 illik həbsdən sonra humanitar əsaslarla azadlığa buraxmaq qərarına gəlib.

Məlumata görə, keçmiş prezident Pablo Kuçinski tərəfindən 2017-ci ilin Milad ərəfəsində verilən əfv qüvvəyə minib. Həmin vaxt Fuximori azad edilsə də, sonradan Beynəlxalq Cinayət Məhkəməsinin təzyiqi ilə həbsxanaya qaytarılmışdı. İndi qərara alınıb ki, əfv fərmanına məhəl qoymamaq olmaz. Eks-prezidentin bir sıra nevroloji və tənəffüs problemləri, həmçinin dil xərçəngi var.

Qeyd edək ki, 85 yaşlı Fuximori 1990-cı illərdə “ölüm eskadronları” tərəfindən 25 perulunun öldürülməsi ilə bağlı 25 il müddətinə azadlıqdan məhrum edilib. Belə ki, 1991-ci ildə Limanın kasıb məhəlləsində hərbçilər şənlik ziyafətinə toplaşan 15 sakini (aralarında səkkiz yaşlı uşaq da olmaqla) güllələyiblər. 1992-ci ildə hökumət tərəfindən maliyyələşdirilən “ölüm eskadronları” doqquz tələbəni və bir professoru qaçıraraq işgəncə ilə öldürüb, bədənlərini isə yandırıblar.

Alberto Fuximori 1990-2000-ci illərdə Perunun prezidenti olub. O, ölkədə avtokratik rejim qurub. Böyük bir korrupsiya qalmaqalından sonra Fuximori Yaponiyaya qaçıb və elə oradan faksla istefa ərizəsini yollayıb. 2006-cı ildə Peruda keçiriləcək prezident seçkisində iştirak etmək niyyəti ilə Çiliyə gəlsə də, həbs edilib və vətəninə ekstradisiya olunub.

Mənbə: Octagon.media

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir