İdman

Paralimpiyaçılarımız Polşada keçirilən turnirdə bir qızıl və bir gümüş medal qazanıb

Sharing is caring!

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin boccia idman növü üzrə milli komandasının üzvü Bəhruz Mirzəyev Poznan şəhərində keçirilən “World Challenge” kubokunda bütün rəqiblərinə qalib gələrək yarışın qızıl medalına sahib çıxıb.

Bu barədə Milli Paralimpiya Komitəsi məlumat yayıb.

Bildirilib ki, digər təmsilçimiz Sona Ağayeva isə yalnız final görüşündə rəqibinə məğlub olaraq gümüş medala yiyələnib. 

Sabah digər idmançılarımız Zaur Veysəlov və Nərmin Ağayeva komanda növündə ölkəmizi təmsil edəcəklər. 

Qeyd edək ki, yarış Paris 2024 Yay Paralimpiya Oyunlarında iştirak üçün reytinq xalları qazandırır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir