İdman

Moldova azərbaycanlıları “Şerif” – “Pünik” matçında – FOTO/VİDEO

Sharing is caring!

Hazırda Kişinyovdakı “Zimbru” stadionunda Moldova “Şerif”i ilə Ermənistan “Pünik”i arasında Avropa Liqasının cavab oyunu keçirilir.

Moldovadakı Azərbaycan icmasından olan və Moldova Azərbaycanlıları Konqresini təmsil edən yüzə yaxın futbol azarkeşi bu idman tədbirini izləmək üçün tribunalarda əyləşiblər. 

Görüntülər sosial şəbəkələrdə yayılıb.

Azərbaycanlı idmansevərlər heç şübhəsiz ki, Moldova futbolçularını dəstəkləyirlər. Lakin erməni azarkeşlərdən fərqli olaraq, həmyerlilərimiz heç bir təxribata əl atmır və qanun çərçivəsində davranırlar.

Qeyd edək ki, bugünkü görüş həlledici olacaq və komandalardan birinin Avropa Liqasının qrup mərhələsinə, digərinin isə Konfrans Liqasına çıxacağını müəyyənləşdirəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir