İdman

Hacı Əliyevin İslamiadada iki dəfə medal kürsüsünə dəvət olunmasının səbəbi bilindi

Sharing is caring!

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 65 kiloqram çəki dərəcəsində çempion olan sərbəst güləşçi Hacı Əliyevin medal kürsüsünə iki dəfə qalxmasının səbəbi bilinib.

“Report”un məlumatına görə, təşkilatçılar gümüş medal qazanmış Zəlimxan Abakarovun şərəfinə qaldırılmış Albaniya bayrağını səhv asıblar.

Təşkilatçılar daha sonra bu səhvi aradan qaldırıb. İdmançılar bu səbəbdən ikinci dəfə fəxri kürsüyə dəvət olunublar.

Onu da bildirək ki, milliyyətcə çeçen olan Zəlimxan Abakarovun şəxsi məşqçisi Azərbaycanın sərbəst güləş millisinin məşqçisi Zəlimxan Hüseynovdur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir