İdman

“Neftçi” “Rapid”i məğlub etsə, hansı klubla qarşılaşacaq?

Sharing is caring!

Bu gün Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

Xeberal.az xəbər verir ki, Bakı vaxtı ilə saat 16:00-da başlayacaq tədbir UEFA-nın mənzil-qərargahında təşkil olunacaq.

Turnirdə Azərbaycanın hazırkı yeganə təmsilçisi “Neftçi”nin də potensial rəqibi müəyyənləşəcək. 3-cü təsnifat mərhələsinin “Neftçi” – “Rapid” (Vyana, Avstriya) cütü “səpələnməmişlər” səbətində yer alacaq. Qalib pley-off mərhələsində aşağıda adları çəkilən komandalardan biri ilə qarşılaşacaq:

“Nitsa” (Fransa) 

“Hayduk” (Split, Xorvatiya) – “Vitoriya” (Portuqaliya) cütünün qalibi

“Vaduts” (Lixtenşteyn) – “Konyaspor” (Türkiyə) cütünün qalibi 

“Vikinq” (Norveç) – “Sliqo Rovers” (İrlandiya) cütünün qalibi

Pley-off mərhələsinin ilk oyunu avqustun 18-də, cavab matçı isə avqustun 25-də matçı keçiriləcək. “Neftçi”nin “Rapid”lə ilk görüşü avqustun 4-də evdə, cavab qarşılaşması avqustun 11-də səfərdə olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.