İdman

FIFA prezidenti “Qarabağ”ı təbrik edib

Sharing is caring!

FIFA prezidenti Canni İnfantino “Qarabağ”ı UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib.

Bu barədə “Report”a klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

Funksioner İsveçrədə “Sürix”lə 2:2 hesablı heç-heçə ilə başa çatan II təsnifat mərhələsinin cavab oyunundan sonra Ağdam təmsilçisinin idarə heyətininin üzvü Fevzihan Arasa qələbə və mübariz oyun münasibəti ilə təbriklərini çatdırıb və uğurlar arzulayıb.

Qeyd edək ki, “Qarabağ” Bakıdakı ilk matçda “Sürix”ə 3:2 hesabı ilə qalib gəlmişdi. Ağdam təmsilçisinin III raunddakı rəqibi Macarıstan “Ferentsvaroş”u olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir