İdman

İsveçrə millisinin sabiq forvardı: “Qurban Qurbanov çalışdığım ən yaxşı məşqçilərdəndi” – FOTO

Sharing is caring!

“Qarabağ”ın sabiq futbolçusu İnnosent Emeqara keçmiş komandasını sabah “Sürix”lə keçirəcəyi prinsipial qarşılaşmadan öncə ağdamlıların İsveçrədə məskunlaşdığı “Hilton” otelində ziyarət edib.

İsveçrə millisinin keçmiş forvardı Sports.az-a eksklüziv açıqlamasında “Qarabağ” haqda xatirələrini bölüşüb və Azərbaycan çempionunun sabah Çempionlar Liqasındakı oyununda şanslarını dəyərləndirib: 

“Qarabağ”la bağlı bir çox maraqlı xatirəm var. Amma ən unudulmaz anlarım şübhəsiz ki, böyük komandalara qarşı keçirdiyim oyunlardı. Xüsusən, “Arsenal”la qarşılaşmanı xatırlayıram. Belə rəqiblə və ümumiyyətlə, bu səviyyədə oynamaq həm “Qarabağ”, həm də mənim üçün çox böyük uğur və karyeramın ən unudulmaz anlarından idi. 

“Qarabağ”ın sabahkı oyunda çox böyük şansları var. Mən komandaya uğurlar arzulayıram.

Qurban Qurbanovla görüşdük, ona da uğurlar dilədim. Mən klubdan ayrılsam da, hər zaman yaxşı münasibətlərimiz olub və qalır. Qurban Qurbanov mənim çalışdığım ən yaxşı məşqçilərdəndi.

Bundan əlavə hazırda “Qarabağ”ın heyətində çox yaxşı futbolçular var. “Sürix”də pis komanda deyil. Amma mən hesab edirəm ki, “Qarabağ” daha yaxşıdı. Keçmiş komandama bir daha uğurlar və qələbə arzulayıram”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir