İdman

“Barselona” Levandovskinin transferi ilə bağlı “Bayern”lə razılığa gəlib

Sharing is caring!

Almaniyanın “Bayern” komandasının polşalı hücumçusu Robert Levandovski tezliklə İspaniyanın “Barselona” klubu ilə müqavilə imzalayacaq.

Tanınmış insayder Fabrisio Romanonun sözlərinə görə, transferin bütün nüansları nəhayət ki, klublar tərəfindən razılaşdırılıb.

Levandovskinin “Barselona” ilə müqaviləsi 2025-ci ilə qədərdir və transferin bu həftəsonu rəsmi olaraq açıqlanacağı gözlənilir. “Bayern” bu transfer üçün 50 milyon avro alacaq.

Qeyd olunur ki, ötən mövsüm ərzində Levandovski qəti şəkildə “Çelsi” və ya PSJ ilə danışıqlar aparmaq istəməyib, karyerasını davam etdirmək üçün yalnız bir variantda – “Barselona”da israr edib.

Ötən mövsüm Robert Levandovski “Bayern”in heyətində bütün turnirlərdə 46 matçda meydana çıxıb, 50 qol vurub (Bundesliqada 35, Çempionlar Liqasında 13, Almaniya Superkubokunda iki) və yeddi məhsuldar ötürmə edib.

Mənbə: Championat

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir