İdman

Dani Alveş “Barsa” rəhbərliyini tənqid etdi

Sharing is caring!

Dani Alveş “Guardian”a müsahibəsində “Barselona” rəhbərliyini tənqid edib.

İyun ayında müqavilə müddəti bitdiyi üçün klubdan ayrılan braziliyalı xoşbəxt olduğunu bildirib.

“Barselonadan xoşbəxt ayrıldım. Çünki bir daha klubda oynamaq immkanı qazandım. Bunu beş il idi ki, ikinci dəfə yaşamaq istəyirdim. Xoşuma gəlməyən yeganə məsələ, gedişimin necə rəsmiləşdiriılməsi oldu.

Ümumiyyətlə, son illər bu klub çox günahlar işlədib. “Barselona” klubun tarixini yazan insanlara əhəmiyyət verməyib. İstərdim ki, o, başqa cür davransın.

Mən özüm haqqında danışmıram. Mənim vəziyyətim fərqli idi. Məni geri qaytardıqları üçün Xaviyə və klubun prezidentinə sonsuz minnətdaram.

“Barselona”nın yenidən zirvədə olmasının tərəfdarıyam. Amma bu, çox çətindir. Futbol daha balanslaşdırılmış bir komanda oyunudur”, – deyə futbolçu bəyan edib.

Yeri gəlmişkən, “Barsa”dan fərqli olaraq, Braziliya millisinin baş məşqçisi Tite müdafiəçini komandada saxlamaq niyyətindədir. 61 yaşlı mütəxəssisin əsas şərti 39 yaşlı oyunçunun “Barselona”dan ayrıldıqdan sonra özünə yeni klub tapmasıdır.

Alveş artıq “Flamenqo” və “Fluminense” ilə danışıqlar aparsa da, onlarla maaş məsələsində razılığa gələ bilməyib. Bununla belə, futbolçunun digər Braziliya klublarından, eləcə də ABŞ və Yaxın Şərqdən təklifləri var.

Əgər Alveş Qətərdə oynasa, Braziliyanın dünya çempionatlarında ən yaşlı futbolçusu olacaq.

Mənbə: sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir