İdman

Ronaldu “Mançester Yunayted”in ardıcıl dörd məşqini buraxıb

Sharing is caring!

“Mançester Yunayted”in portuqaliyalı hücumçusu Kriştianu Ronaldu “qırmızı şeytanlar”ın növbəti məşqində də görünməyib.

O, İngiltərə klubunun mövsümöncəsi ardıcıl dördüncü məşqini buraxıb.

Xatırladaq ki, Ronaldu ötən mövsümün sonunda milli komandaların oyunlarında iştirak edən digər futbolçularla birlikdə bazar ertəsi, iyulun 4-də məşqlərə qayıtmalı idi.

Sabah, iyulun 8-də mankunianlar Tayland və Avstraliya turnesinə çıxacaqlar.

Qeyd edək ki, Ronaldu 2021/22 mövsümündə “Mançester Yunayted”in heyətində 39 oyuna çıxıb, 24 qol vurub və 3 məhsuldar ötürmə edib.

37 yaşlı hücumçu dəfələrlə titulların onun üçün prioritet olmadığını bildirsə də, indiki vəziyyətdə klubun uğurı qazanmağa hazır olduğuna şübhə edir.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir