İdman

Bu gün “Qarabağ”ın Çempionlar Liqasında rəqibi müəyyənləşəcək

Sharing is caring!

Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü atılacaq.

Oxu.Az xəbər verir ki, Bakı vaxtı ilə saat 14:00-da başlayacaq püşkatmada Azərbaycan çempionu “Qarabağ”ın da rəqibi bəlli olacaq.

Komandalar püşkdən əvvəl qruplara bölünüb.

“Səpələnmişlər” səbətində yer alan “köhlən atlar”ın rəqibləri bu beş komandadan biri olacaq: “Zrinski” (Bosniya və Herseqovina), “Lex” (Polşa), “Hibernians” (Malta), “Şkupi” (Şimali Makedoniya), “Dinamo” (Batumi, Gürcüstan).

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasında ilk oyununu 5/6 iyulda, cavab matçını 12/13 iyulda keçirəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir