Dünya

Türkiyə istehsalı olan yeni PUA dənizdə hərəkət edən hədəfi müvəffəqiyyətlə məhv etdi – VİDEO

Sharing is caring!


Türkiyənin “Baykar” şirkətinin istehsal etdiyi Bayraktar AKINCI TİHA ASELFLİR-500 ilə ilk atış sınağında dənizdə hərəkət edən hədəf müvəffəqiyyətlə məhv edilib.

Qeyd olunur ki, sınaq uçuşu Bayraktar AKINCI-nın Tekirdağın Çorlu rayonundakı AKINCI Uçuş Tədris və Sınaq Mərkəzində həyata keçirilib.

Açıqlamaya görə, Türkiyə müdafiə sənayesi bu gün həyata keçirilən sınaqda ASELFLİR-500-ün Bayraktar AKINCI TİHA-ya inteqrasiyası ilə daha bir mühüm həddi müvəffəqiyyətlə keçib.

Mənbə: Baykartech.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir