İdman

Basketbol millimizin Avropa Kubokundakı rəqibləri bilindi – SİYAHI

Sharing is caring!

Avstriyanın Qrats şəhərində keçiriləcək basketbolun 3×3 növü üzrə Avropa Kubokunda Azərbaycanın kişi millisinin rəqibləri bəlli olub.

Oxu.Az-ın xəbərinə görə, millimizin 11 rəqibi var.

Bunlar Avstriya (meydan sahibləri), Serbiya (son çempionlar), Litva, Latviya, Belçika, Niderland (reytinqlə vəsiqə qazanıblar), İsrail, Sloveniya (hər ikisi İsrailin paytaxtı Təl-Əvivdə keçirilmiş seçmə mərhələdən vəsiqə qazanıb), Macarıstan, Monteneqro və Polşadır (hər üçü Rumıniyanın Konstantsa şəhərində keçirilmiş seçmə mərhələdən vəsiqə qazanıb).

Yarışda dörd qrup üzrə hərəsində üç komanda olmaqla mübarizə gedəcək. Hər qrupda ilk iki sıranı tutacaq komanda 1/4 finala vəsiqə qazanacaq.

Qeyd edək ki, kişi və qadın komandalar arasında keçiriləcək VII Avropa Kuboku 9-11 sentyabr tarixlərində təşkil olunacaq. Azərbaycanın kişi və Kiprin qadın millisi Limassol şəhərində keçirilmiş seçmə mərhələnin qalibi olaraq bu yarışa vəsiqə qazanıb.

Xatırladaq ki, 3×3 növü üzrə basketbol millimiz ilk dəfə 2014-cü ildə Rumıniyanın paytaxtı Buxarestdə keçirilmiş Avropa Kubokunda debüt edib. Komandamız onda C qrupunda mübarizə aparıb.

Sonradan Avropa Kubokunun qalibi olan meydan sahibləri Rumıniyaya 8:15, həmin turnirin digər finalçısı Sloveniyaya 15:16 uduzan millimiz autsayder İtaliyaya 17:9 hesabı ilə qalib gəlsə də, qrupda üçüncü olaraq 1/4 finala çıxa bilməmişdi. Dörd xal toplayan millimiz həmin yarışı 16 komanda arasında 11-ci olaraq tamamlamışdı.

Səbuhi Musa

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir