Dünya

Azərbaycan quş qripinə görə İraqa qoyduğu məhdudiyyəti aradan qaldırıb

Sharing is caring!

Azərbaycan quş qripinə görə İraqa qoyduğu məhdudiyyəti aradan qaldırılıb.

Bu barədə Oxu.Az-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatına əsasən, İraq Respublikasının Səlahəddin və Bəsrə əyalətlərində qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, İraq Respublikasının qeyd olunan əyalətlərində Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, yüksək patogen quş qripi xəstəliyinin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və bu xəstəliyə görə həmin ərazilərdə epizootik sağlamlıq statusu bərpa olunub.

Bununla əlaqədar, respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması məqsədilə İraq Respublikasının adları sadalanan əyalətlərinə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir