İdman

Qurban Qurbanov Macarıstanda mükafatlandırılacaq

Sharing is caring!


Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının təqdimatı əsasında Beynəlxalq Feyr Pley Komitəsi tərəfindən karyerası ərzində daim “ədalətli oyun” prinsiplərinə sədaqətinə görə dünyanın ən nüfuzlu Feyr Pley mükafatı – “Joao Barotra” diplomuna layiq görülən “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov beynəlxalq qurumun Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək təntənəli mərasiminə dəvət olunub.

Sports.az xəbər verir ki, Qurbanov oktyabrın 21-də keçiriləcək qala gecədə mükafatını alacaq.

Qeyd edək ki, Qurban Qurbanov bu mükafata layiq görülən ilk azərbaycanlı kimi idman tariximizə düşüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir