İdman

“Traktor”un oyununda milli şüarlar: Xanım azarkeşlərin görüntüləri gündəm oldu – FOTO/VİDEO

Sharing is caring!


İranın “Traktor” futbol klubu Asiya Çempionlar Liqasının təsnifat mərhələsində Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi “Əl-Şarca” ilə qarşılaşıb.

Oxu.Az xəbər verir ki, Təbrizin “Səhənd” stadionunda keçirilən görüş qonaq komandanın qələbəsi ilə başa çatıb – 1:3.

Matçla bağlı ən maraqlı məqamlar isə azarkeşlərlə bağlıdır. Məsələ burasındadır ki, oyunu izləyənlər arasında “Traktor”un qadın azarkeşləri də olub. Təbriz təmsilçisi İranda xanım fanatlara loyal münasibəti ilə seçilən yeganə klubdur.

Qadın azarkeşlərlə bağlı görüntülər sosial şəbəkələrdə gündəm olub. Onların matçdan qayıdarkən ictimai nəqliyyatda müxtəlif şüarlar səsləndirməsi də diqqət çəkib.

Eyni zamanda, “Əl-Şarca” ilə oyun zamanı təbrizli fanatlar Azərbaycanın birliyi ilə bağlı şüarlar səsləndiriblər.

 

 

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir