Dünya

Qətər şeyxi “Mançester Yunayted”in yeni sahibi oldu

Sharing is caring!


İngiltərənin “Mançester Yunayted” klubunun yeni sahibi müəyyənləşib.

Şeyx Jassim “qırmızı şeytanlar”ın satın alınması uğrunda mübarizədə qalib olub. Oktyabrın ortalarına qədər klubun altı milyard funt sterlinq dəyərində alınması tamamlanacaq.

Qətərin kral ailəsinin üzvü Qleyzer ailəsinin klubdakı payını saxlamağa razı olan britaniyalı milyarder Cim Retklifi qabaqlayıb.

Qleyzerlər “Mançester Yunayted”də səhm paylarını saxlamaq niyyətində olublar, lakin iş adamlarına bunun azarkeşlərin etirazına səbəb olacağı barədə xəbərdarlıq edilib.

Qleyzer ailəsi “Mançester Yunayted”i 2005-ci ildə 800 milyon funt sterlinqə satın alıb.

“Mançester Yunayted” İngiltərə Premyer Liqasının cari mövsümündə iki oyun keçirib, birində qələbə qazanıb, digərində məğlub olub.

Mənbə: The Sun

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir