İdman

“Formula-1”in keçirildiyi ərazidəki sakinlər yaşayış yerlərinə necə gedəcəklər? – AÇIQLAMA + VİDEO

Sharing is caring!

“Formula-1” üzrə Azərbaycan Qran-prisinə görə məhdudiyyət tətbiq olunan yollarda yarışın keçirildiyi müddətdə (10-12 iyun) nəqliyyatın giriş-çıxışı üçün “Yaşayış yerinə giriş icazəsi” veriləcək.

Oxu.Az-ın xəbərinə görə, bunu Bakı Şəhər Halqasının Milli mətbuat katibi Turab Teymurov deyib.

O bildirib ki, bu zonalarda yaşayan və ya əmək fəaliyyəti ilə məşğul olan sürücülər icazəni tam ödənişsiz şəkildə əldə edə bilərlər:

“Vətəndaşlar “Yaşayış yerinə giriş icazəsi” sənədinin paylanma məntəqələrinə yaxınlaşaraq, həftənin bazar ertəsindən cümə gününə kimi, saat 10:00-dan 17:00-dək əldə edə bilərlər. Bunun üçün Zona 1 – İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Zona 2 – 4 nömrəli Mənzil-Kommunal və İstismar İdarəsi və Zona 3 – 58 nömrəli Mənzil-Kommunal və İstismar İdarəsinə müraciət etmək mümkündür”.

Qeyd edək ki, “Yaşayış yerinə giriş icazəsi”nin paylanması 16 may tarixindən başlayıb və 12 iyunadək davam edəcək.

Səbuhi Musa

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir