İdman

Almaniya millisi ilk dəfə basketbol üzrə dünya çempionu oldu

Sharing is caring!


İndoneziya, Yaponiya və Filippinin birgə ev sahibliyi etdiyi basketbol üzrə Dünya çempionatının finalında Almaniya millisi Serbiya yığmasını məğlub edib.

Həlledici görüş 83:77 (23:26, 24:21, 22:10, 14:20) hesabı ilə başa çatıb.

Bu, Almaniya yığmasının tarixində ilk dünya çempionluğudur. Turnirdə  almanların bürünc medalı da var (2002).

Xatırladaq ki, 2023-cü il dünya çempionatında üçüncü yeri ABŞ basketbolçularına qalib gələn Kanada komandası tutub.

Mənbə: tele-sport.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir