İdman

Azərbaycanlı boksçu İrəvanda qızıl medal qazanıb – FOTO

Sharing is caring!

Ermənistanın paytaxtı İrəvanda keçirilən kişilər arasında boks üzrə Avropa Çempionatında Gürcüstanı təmsil edən Azərbaycan əsilli Sahil Allahverdiyev qızıl medal qazanıb.

Bu barədə Gürcüstanın Milli Boks Federasiyasından bildirilib.

Qeyd olunub ki, yığma komandanın üzvü olan soydaşımız Gürcüstana çempionatda 48 kq çəki dərəcəsində ilk qızıl medalı qazandırıb:

“Final qarşılaşmalarında uğurlu start. Uğurumuz münasibətilə bütün Gürcüstanı təbrik edirik”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir