İdman

İsko “Real”dan ayrıldı – FOTO

Sharing is caring!

Madrid “Real”ının yarımmüdafiəçisi İsko Alarkon klubdan ayrıldığını açıqlayıb.

30 yaşlı yarımmüdafiəçi məlumatı öz “Instagram” hesabında paylaşıb.  

“Doqquz il sonra “Real”dan ayrılıram. “Real” mənə uşaqlıqda qurduğum bütün arzuları həyata keçirməyə imkan verən klubdur. Təsəvvür etdiyimdən daha çox titul qazanmaq arzusunu yerinə yetirməklə yanaşı, o mənə ən böyük klublarla oynamaq, heyrətamiz insanlarla tanış olmaq şansı yaratdı. Mən çox yaxşı vaxt keçirdim və heç kim bu xatirələri məndən ala bilməz! Çünki bütün yaxşı şeyləri mütləq xatırlayacağam. Komanda yoldaşlarıma, məşqçilərimə, məşqçi heyətinə, klubun işçilərinə və dəstəyə görə bütün azarkeşlərə təşəkkür etmək istəyirəm”, – futbolçu paylaşımında yazıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir