İdman

Samir Abbasov: “Öz baş məşqçisini istefaya səsləmək bir Türkiyədədir, bir də bizdə” – VİDEO

Sharing is caring!

“Neftçi”nin baş məşqçisi Samir Abbasov azarkeşlərlə bağlı qalmaqallı açıqlamasına aydınlıq gətirib.

Oxu.Az xəbər verir ki, o, “Neftçi TV”yə müsahibəsində bir sıra məqamlara toxunub:

“Onsuz da, nə desək, olay olur. Azarkeşlərlə bağlı məsələyə aydınlıq gətirmək istəyirəm. Buraya gələndən azarkeşlərlə heç bir görüşdən qaçmamışam. Onlarla dəfələrlə bazada görüşmüşük. Tərəfdarlarımız komandamızı necə görmək istəyiblərsə, onlara qulaq asmışam. Biz bilirik ki, kimlə mübarizə aparırıq. Azarkeşlərimiz reallığı başa düşürlər. Bəzən görürsən ki, deyirlər, çempion ola bilmədin, çıx get. Buna çaş-baş qalıram. Bu, mövqesizlikdir.

Bir Türkiyədə və Azərbaycanda var ki, öz azarkeşin səni istefaya çağırsın. Mən bunu bütün azarkeşlərə şamil etməmişəm. Futbolçulara hər oyundan sonra azarkeşlərin yanına gedib onları alqışlamalarını tapşıran da mənəm”.

Qeyd edək ki, “Neftçi” Premyer Liqanın XXVI turunda Qəbələdə yerli komandaya 0:1 hesabı ilə uduzduqdan sonra onu istefaya səsləyən azarkeşlər barədə sərt sözlər işlədib:

“İstefa” şüarları səsləndirənlər həyatda mövqeyi olmayan insanlardır. Onlar ötən mövsüm yanımızda fırlanırdılar. Məni buraya azarkeş gətirməyib. Klub nə qərar versə, o da olacaq. Azarkeş heç nəyi həll etməyəcək. Boş verin, getsin… “İstefa” şüarları səsləndirənlər Qəbələyə sırf bununla bağlı gəlmişdilər”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir