İdman

“Barselona”nın futbolçusu ağır zədə ilə xəstəxanaya aparılıb – VİDEO

Sharing is caring!

“Barselona”nın futbolçusu Ronald Arauxo İspaniya La Liqasında 36-cı turun “Selta” ilə ev oyununda ağır zədə alıb.

23 yaşlı müdafiəçi ikinci hissədə komanda yoldaşı Qavi ilə kəllə-kəlləyə toqquşub. Nəticədə uruqvaylı oyunçu huşunu itirib və 68-ci dəqiqədə meydanı reanimobillə tərk edib.

Qeyd edək ki, qarşılaşma “Barselona”nın qələbəsi ilə yekunlaşıb – 3:1.

Qalib komandadan qolları Memfis Depay 30-cu, Pyer-Emerik Obameyanq 41-ci və 48-ci dəqiqələrdə vurub. “Selta”dan isə Ceyson Murilyo 58-ci dəqiqədə qırmızı vərəqə alıb.

36 oyundan sonra “Barselona” 72 xalla 2-ci yerdə gedir. “Selta” isə 43 xalla 11-cidir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir