İdman

Premyer Liqada 12 komanda olacaq? – AFFA-dan AÇIQLAMA – YENİLƏNİB

Sharing is caring!


“AFFA-nın 12 kluba lisenziya verməsi Premyer Liqada komanda sayının artırılması anlamına gəlmir”.

Bu barədə Oxu.Az-a açıqlamasında qurumun Mətbuat Xidmətinin rəhbəri Firuz Abdulla məlumat verib. O bildirib ki, komanda sayının artırılması ilə bağlı İcraiyyə Komitəsinin qərarı olmalıdır:

“Lisenziya verilibsə, o demək deyil ki, mütləq lisenziya alan klubların sayı qədər Premyer Liqa iştirakçısı olacaq. Elitada klub sayının müəyyənləşdirilməsi ilə bağlı İcraiyyə Komitəsində qərar olmalıdır”, – F.Abdulla bildirib.

Xatırladaq ki, AFFA-nın Lisenziyalaşdırma Komissiyasının bu gün keçirilən iclasında hazırda Premyer Liqada yarışan “Qarabağ”, “Neftçi”, “Sabah”, “Zirə”, “Qəbələ”, “Turan Tovuz”, “Səbail”, “Sumqayıt”, “Kəpəz” və “Şamaxı ilə yanaşı, iki I Divizion komandası – “Araz-Naxçıvan” və “Zaqatala”ya da elitada iştirak üçün lisenziya verilib.

14:11

Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.

AFFA-nın saytının yaydığı məlumata görə, toplantıda 2023/24-cü illər mövsümündə UEFA-nın klub yarışlarında və Azərbaycan Premyer Liqasında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.

AFFA-nın Lisenziya Komissiyası klubların lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2022) 8-ci maddəsinə əsaslanmış müzakirələrdən sonra aşağıdakıları qərara alıb:

 1. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:

“Qarabağ” FK, “Sabah” FK, “Neftçi” PFK, “Zirə” PFK, “Qəbələ” İK;

 2. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin:

“Turan Tovuz” PFK İB, “Səbail” PFK;

 3. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:

“Turan Tovuz” PFK İB, “Səbail” PFK, “Sumqayıt” FK, “Kəpəz” PFK İB, “Şamaxı” FK İB, “Araz-Naxçıvan” PFK, “Zaqatala” PFK;

 4. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin:

“İmişli” PFK, “Mingəçevir” FK, MOİK PFK, “Qaradağ Lökbatan” FK.

Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.

Qeyd edək ki, “UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan futbol klublarının lisenziyalaşdırılması və maliyyə dayanıqlığı üzrə qaydalar”ın (Buraxılış 2022) 14-cü maddəsinə müvafiq olaraq, 2023/24-cü illər mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Azərbaycan Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunur.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir