İdman

Bakı üçüncü dəfə dünya çempionatına ev sahibliyi edəcək

Sharing is caring!


2027-ci ildə bədii gimnastika üzrə dünya çempionatı Bakıda keçiriləcək.

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, bu barədə qərar mayın 14-ü və 15-də Türkiyənin Antalya şəhərində keçirilən Beynəlxalq Gimnastika Federasiyasının Şurasının iclasında səsvermə yolu ilə qəbul edilib.

Yarışı təşkil etmək üçün Azərbaycanla yanaşı, İsrail də namizədliyini irəli sürmüşdü.

Bu, ölkəmizin bədii gimnastika üzrə təşkil edəcəyi 3-cü dünya çempionatı olacaq. Paytaxtımız 2005 və 2019-cu illərdə də bədii gimnastika üzrə dünya çempionatına ev sahibliyi edib.

Qeyd edək ki, 2027-ci il bədi gimnastika üzrə dünya çempionatı 15-17 sentyabr tarixlərində keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir