İdman

“Qəbələ” bir qolla üç xal qazanıb dördüncü pilləyə yüksəldi – VİDEO

Sharing is caring!

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulub.

Oxu.Az xəbər verir ki, turun son oyununda “Qəbələ” “Neftçi”ni qəbul edib.

Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 76-cı dəqiqədə penaltidən İsnik Alimi vurub.

Bu qələbə ilə xallarını 41-ə çatdıran əyalət təmsilçisi yenidən 4-cü pilləyə yüksəlib. Gümüş medalları təmin edən “ağ-qaralar” isə 50 xalla 2-ci sırada qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Sabah” səfərdə “Səbail”i, “Sumqayıt” “Şamaxı”nı 2:0 hesabı ilə məğlub edib, çempion “Qarabağ” isə evdə “Zirə” ilə sülhə razılaşıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir