İdman

“Qarabağ” bu gün doqquzuncu çempionluğunu rəsmiləşdirə bilər

Sharing is caring!

Bu gün Azərbaycan Premyer Liqasında XXV tura start veriləcək.

Oxu.Az xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək.

Turnir cədvəlinin son pilləsində qərarlaşan “Səbail” Şamaxıda eyniadlı klubun qonağı olacaq. Oyun yalnız “Səbail”in sonuncu yerdən qurtulması baxımından önəm daşıyacaq.

Günün ikinci matçında lider “Qarabağ” “Sabah”ı qəbul edəcək. “Qarabağ” qələbə və ya heç-heçə təqdirində çempionluğunu rəsmiləşdirəcək. Bu baş verəcəyi halda, Ağdam komandasının sona üç tur qalmış doqquzuncu Azərbaycan çempionluğu reallaşacaq.

Premyer Liqa
XXV tur
3 may
16:30 “Şamaxı” – “Səbail”

Şamaxı şəhər stadionu

19:00 “Qarabağ” – “Sabah”
“Azersun Arena”

Qeyd edək ki, turun digər oyunları sabah keçiriləcək. “Zirə” “Qəbələ”ni, “Sumqayıt” isə “Neftçi”ni qəbul edəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir