Dünya

Erməni professorların İrana heyrətamiz sevgisi – FOTO

Sharing is caring!

Erməni professorlardan biri deyib ki, məsələn, ermənilərin çox işlətdiyi və erməni kökləri olduğu güman edilən “Vartan” adı əslində İran və Parfiya mənşəlidir.

“Azad İran” “Telegram” kanalının məlumatına görə, Ermənistanda farsdilli erməni professorların İrana sevgilisi ilə bağlı açıqlamalarının videosu sosial mediada geniş yayılıb.

Həmin erməni professor qeyd edib: “Biz ermənilər İranın bölgədəki mədəni “ordusuyuq” (SEPAH) və böyük mədəni İranın bir hissəsi olmaqdan qürur duyuruq”.

“Professor” habelə iddia edib: “Arazın bu tayındakı kilsələr Bakı tərəfindən məhv edilir, o biri tayında isə İran onları bərpa edərək dünya mirasına salır. Salam olsun ən yaxşı iranlı dost və qardaşlarımıza!”

Digər erməni professor Vartan Veskanyan isə deyib:

“Bəzi yüz illik dövlətlərin əksinə olaraq (Azərbaycanı nəzərdə tutur – red.), İran min illər öncədən mövcud olub və min illər də qalacaq. İranı istəməyənlərin gözü kor olsun! İranın mövcudluğu bölgənin bütün ölkələrinin xeyrinədir”.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir