Dünya

Ermənistanda Paşinyana qarşı etirazlar: Müxalifət liderinin yaxın adamı saxlanıldı

Sharing is caring!

Erməni fəallardan ibarət qruplar Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə İrəvanın mərkəzi küçələrini bağlayıblar.

Yerli xəbər portalları etiraz aksiyasını canlı yayımlayıblar.

Hazırda prospektlərdən biri bağlanıb, yollarda hərəkət iflic olub.

Erməni fəallar hökumət əleyhinə şüarlar səsləndirirlər.

Əraziyə polislər cəlb olunub. Polislə etirazçılar arasında qısamüddətli toqquşma da yaşanıb. Etirazçılar arasında saxlanılanlar var. Onlardan biri də Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanın mətbuat katibi Sos Akopyan olub.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir