İdman

Bundesliqada iki oyunda 11 qol: “Borussiya” və “Bayern” məğlub oldular – VİDEO

Sharing is caring!

Almaniya Bundesliqasının 32-ci turu maraqlı oyunlarla yadda qalıb.

Evində “Bohum”u qəbul edən Dortmund “Borussiya”sı 3-4 hesabı ilə məğlub olub. Erlinq Holandın ikisi penalti zərbəsindən olmaqla 18, 30 və 62-ci dəqiqələrdə vurduğu qollara, qonaqların heyətində S.Polter (3-cü dəqiqə), G. Holtmann (səkkizinci dəqiqə), J.Lokadia (81-ci dəqiqə) və M.Pantoviç (85-ci dəqiqə) cavab verib.

Beləliklə, son beş oyunda üç dəfə məğlub olan “Borussiya” 63 xalda qalıb və hazırda ikinci pillənin sahibidir.

32-ci turda həmçinin “Bayern” də məğlub olub. Səfərdə “Maynz”ın qonağı olan münhenlilər 3-1 hesabı ilə uduzublar. Qarşılaşmada hesab 18-ci dəqiqədə açılıb. J.Burkardt fərqlənib. 27-ci dəqiqədə M.Niakhate fərqi iki topa çatdırıb. 33-cü dəqiqədə R.Levandovski vurulan qollardan birinin əvəzini çıxsa da, “Bayern”in bundan artığına gücü çatmayıb.

57-ci dəqiqədə L.Barreironun da qoluna əngəl ola bilməyən qonaqlar meydandan məğlub ayrılıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir