İdman

Minsk-2019: Azərbaycanın bir karateçisi mübarizəni dayandırıb

Sharing is caring!

Azərbaycanın daha bir karateçisi Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında mübarizəyə başlayıb.

Xeberal.az-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, qadınların 50 kq çəki dərəcəsində çıxış edən Nuranə Əliyevanın çıxışı uğursuz alınıb.

O, qrup mərhələsində keçirdiyi hər 3 görüşdən məğlub ayrılıb. İdmançımız Serap Özçelik Arapoğluna (Türkiyə) 0:4, Şara Hubrixə (Almaniya) 1:2, Mariya Kuilinkovitsə (Belarus) isə 1:3 hesabı ilə yenilib.

Bu nəticələrlə yer aldığı B qrupunda sonuncu yeri tutan Əliyeva yarımfinala yüksələ bilməyib və mübarizəni dayandırıb.

Qeyd edək ki, bu gün Azərbaycanın daha 3 karateçisi – Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov (67) və Rafael Ağayev (75 kq) mübarizəyə qoşulacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.