Dünya

Ukraynada müharibə nəticəsində 500 uşaq həlak olub

Sharing is caring!


Rusiyanın genişmiqyaslı hərbi təcavüzü nəticəsində Ukraynada 500 uşaq həlak olub.

Bu barədə Ukrayna Baş Prokurorunun Ofisi məlumat yayıb.

Qeyd olunub ki, müharibə nəticəsində 13 avqust 2023-cü il tarixinə olan məlumata görə, müharibə nəticəsində 500 uşaq həlak olub, 1097-dən çoxu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu, yekun rəqəmlər deyil. Zərər çəkən uşaqların müəyyən edilməsi üçün döyüş yerlərində, müvəqqəti tutulmuş və azad edilmiş ərazilərdə işlər davam etdirilir.

Uşaqların ən çox Donetsk (485), Xarkov (298), Kiyev (129), Xerson (118), Nikolayev (97), Zaporojye (99), Dneproptrovsk (94), Çerniqov (71) və Luqansk (67) vilayətlərində zərər çəkdiyi bildirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir