İdman

“Prezidentlə danışdıq, rəsmi yolasalma olmayacaq”

Sharing is caring!

Əvvəlki Olimpiadalardan fərqli olaraq Azərbaycanı təmsil edəcək heyət bu dəfə səfərə çarter reysi ilə gedə biməyəcək.

“XəbərAl.az” xəbər verir ki, bu barədə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə məlumat verib. 

Ç. Hüseynzadənin sözlərinə görə, o, Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışıb: “Dünən Prezidentlə danışdıq. Pandemiyaya görə rəsmi yolasalma mərasimi olmayacaq. Cənab Prezident televiziya vasitəsilə müraciət edəcək. Yolasalma da bu vasitə ilə həyata keçiriləcək.

Birlikdə komandamızın bayraqdarını da müəyyənləşdirdik. Bu, Rüstəm Orucov olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir