Xarici siyasət

Ara Ayvazyan: “Azərbaycan və Ermənistan səlahiyyətliləri arasında görüş keçiriləcək”

Sharing is caring!

“Vəziyyət sabitləşəndən sonra İrəvan və Bakının ali vəzifəli şəxsləri arasında görüş keçiriləcək”.

“RİA Novosti”nin məlumatına görə, bu barədə Rusiyada səfərdə olan Ermənistanın XİN rəhbəri Ara Ayvazyan bildirib.

Onun sözlərinə görə, görüş zamanı Qarabağda vəziyyətin tənzimlənməsi ilə bağlı məsələlər müzakirə ediləcək.

Xatırladaq ki, bu gün Moskvada Rusiya və Ermənistan Xarici İşlər nazirləri Sergey Lavrov və Ara Ayvazyan arasında danışıqlar başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir