İdman

“Marakana” stadionu Pelenin adını daşıya bilər

Sharing is caring!

Braziliyanın Rio-de-Janeyro şəhərində yerləşən məşhur “Marakana” stadionu əfsanəvi futbolçu Pelenin adını daşıya bilər.

Bu barədə “O Globo” nəşri məlumat yayıb.

Qeyd olunur ki, şəhərin yerli qanunverici orqanında səsverməyə çıxarılan təklif qəbul olunub və imzalanması üçün Rio-de-Janeyro qubernatorunun səlahiyyətlərini müvəqqəti icra edən Klaudio Kastronun təqdimatına verilib.

Xatırladaq ki, 1950-ci ildə keçirilən dünya çempionatı üçün tikilən “Marakana” stadionu 78 838 nəfər azarkeş tutumuna malikdir.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir