İdman

Azərbaycanlı futbolçu Polşa klubuna keçir

Sharing is caring!

Bir müddətdir klubsuz qalan Fuad Bayramov yenidən legioner həyatı yaşayacaq.

XəbərAl.az-ın məlumatına görə, yarımmüdafiəçi bundan sonra Polşada “KSZO Ostrowiec”in şərəfini qoruyacaq.

Üçüncü liqa təmsilçisi azərbaycanlı futbolçu ilə 1 illik müqavilə imzalayacaq. Razılaşmaya görə, daha yaxşı təklif gələrsə, Fuad az məbləğ qarşılığında komandasını dəyişə bilər.

Bayramov ölkəmizdə “Keşlə”dəki çıxışı ilə tanınıb. O, bu komandanın heyətində 100-ə yaxın oyun keçirib. Bundan başqa 26 yaşlı futbolçu qısa müddət Gürcüstanda – “Rustavi”də da legioner həyatı yaşayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir