Şou-Biznes

Azərbaycanlı müğənni tövbə etdi – Video

Sharing is caring!

“İnsanlar pis şeylərə tövbə edirlər. Mən yaxşılıq etməyə tövbə etmişəm”.

XəbərAl.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə ARB telekanalında yayımlanan “Hüseynova Bacıları” proqramının qonağı olarkən deyib.

İfaçı onun 12 minlik saatını müzakirə edənlərə səslənib:

“Efirlərə fasilə verəcəm. Bu ulduzluq, əda deyil. Həvəs yoxdur. Çıxıb danışırsan, sözün sosial şəbəkədə yayılır. Orada da bəzi insanlar, ağzıgöyçəklər  mənfi rəylər yazırlar. Açıqladım ki, saatımı 22 minə satdım, onu da qazilərlə bölüşdüm. Yazırlar ki, bunun bir saatı 12 mindirsə, gör başqa nələri var. Mən əziyyət çəkib qazanmışam. Sən nə etmisən bəs? Sən Nadirə baxıb köks ötürürsən, bu ömür boyu belə olacaq. Allah sizə verməyəcək, oturub Nadirin pulunu sayırsınız”.

N.Qafarzadə pandemiya başlayanda yardım aksiyasını başladan ilk sənətçi olduğunu deyib:

“Elə şeylər yazırlar ki… Milçək bir şey deyil, amma ürək bulandırır. Adam həvəsdən düşür. Qol qanadın qırılır. Mart ayında pandemiya başlayanda ilk addımı mən atdım, paylaşım etdim ki, gəlin insanlara yardım edək. Mənim fikirlərimə sənət adamları da qoşuldular, yardımlar etdilər. Bəs sonda nə oldu? Yanan da, yaman da yenə biz olduq”.

Həmin görüntüləri təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir