İdman

Azərbaycan kubokunda yarımfinal cütləri məlum oldu

Sharing is caring!

Azərbaycan kubokunda yarımfinal mərhələsinin cütləri müəyyənləşib.

XəbərAl.az xəbər verir ki, 1/4 finalın son günündə ikinci cütün tərkibi bəlli olub.

Yarımfinalın ikinci cütündə “Keşlə” finala vəsiqə uğrunda görüşdə “Zirə” ilə qarşılaşacaq. Bu komandalar müvafiq olaraq “Kəpəz” (1:0, 2:0) və “Neftçi”ni (1:0, 0:0) mübarizədən kənarlaşdırıb.

Qeyd edək ki, aprelin 21-də və 29-da baş tutacaq yarımfinalın digər cütü bir gün əvvəl bəlli olub. “Qəbələ”ni hər iki görüşdə (3:1, 3:0) məğlub edən “Qarabağ” “Səbail”i səfər qolları ilə keçən “Sumqayıt”la (0:1, 2:1) görüşəcək.

Azərbaycan kuboku

1/2 final

(21/29 aprel)

“Sumqayıt” – “Qarabağ”

“Keşlə” –  “Zirə”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir