Dünya

“İraq İslam müqaviməti” ABŞ hərbi bazasına hücum etdi

Sharing is caring!


İraqın Ənbar əyalətində ABŞ-nin Ayn əl-Əsəd hərbi bazasına PUA (pilotsuz uçuş aparatı) hücumu olub.

Bu barədə “İraq İslam müqaviməti” hərəkatına daxil olan şiə silahlı qruplaşmaları məlumat verib.

Hərəkatın “Telegram” kanalında dərc olunan bəyanatına görə, Ayn əl-Əsəd bazasına zərbə “düşmənin Qəzza zolağında törətdiyi cinayətlərə cavab olaraq” həyata keçirilib. Hərəkat tərəfdarlarının fikrincə, PUA “nəzərdə tutulan hədəfi vurub”. Dəymiş ziyanla bağlı məlumat verilmir.

Qeyd edək ki, Ayn əl-Əsəd bazasına sonuncu dəfə noyabrın 23-də hücum edilib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir