Siyasət

Diplomatik korpus nümayəndələri Kəlbəcər şəhərində olublar – YENİLƏNİB + FOTO/VİDEO

Sharing is caring!

Azərbaycanda akkreditə olmuş diplomatik korpus nümayəndələri və hərbi attaşelər Kəlbəcər səfəri çərçivəsində ermənilər tərəfindən törədilən “Tunel qırğını” baş verən ərazidə olublar.

APA-nın xəbərinə görə, ermənilərin işğal zamanı Kəlbəcəri tərk etmək istəyən sakinlərə qarşı Kəlbəcər-Laçın tunelində törətdiyi qətliam barədə nümayəndə heyətinə məlumat verilib. 

“Tunel qırğını” şahidləri ərazidə ermənilərin törətdiyi faciə barədə danışıblar.

Qətlə yetirilən insanların xatirəsi yad olunub.

Daha sonra Azərbaycanda akkreditə olmuş diplomatik korpus nümayəndələri və hərbi attaşelər Kəlbəcər şəhərində olublar.

Nümayəndə heyəti ermənilərin Kəlbəcərdə törətdiyi dağıntılarla tanış olub. Onlara şəhərdə törədilən dağıntıların miqyası, aparılan quruculuq işləri barədə məlumat verilib.

Xarici diplomatlar Kəlbəcər şəhərindəki Bayraq meydanında da olublar.

13:08

Xarici diplomatlar “Kəlbəcər-1” Su Elektrik Stansiyasında (SES) görülmüş işlərlə tanış olublar.

“Report” xəbər verir ki, işğal dövründə dağılmış vəziyyətdə olan kiçik SES hazırda işləkdir.

Təkcə Kəlbəcərdə deyil, işğaldan azad edilmiş digər ərazilərdə yerləşən SES-lərin də bərpa ediləcəyi bildirilib.

11:03

Azərbaycanda akkreditə olunmuş xarici diplomatlar Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun tikintisi ilə tanış olublar.

“Report” xəbər verir ki, tikinti işlərinin 2024-2025-ci illərədək tamamlanması planlaşdırılır.

Yol istifadəyə verildikdən sonra Toğanalıdan İstisuyadək gediş müddəti 45 dəqiqə – 1 saat təşkil edəcək.

10:22

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Kəlbəcər rayonuna səfəri başlayıb.

“Report” xəbər verir ki, səfərin məqsədi diplomatları Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxladığı dövrdə törədilmiş vandalizm aktları barədə məlumatlandırmaqdır.

Səfərdə 50-dən çox ölkə və 10 beynəlxalq təşkilatı təmsil edən 80-dən çox diplomat və hərbi attaşe iştirak edir.

Kəlbəcərə səfər Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə sayca doqquzuncu səfəridir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir