İdman

“Sumqayıt” – “Qarabağ” oyununa iki mindən çox bilet satılıb

Sharing is caring!




Azərbaycan Premyer Liqasının XXXII turunda keçiriləcək “Sumqayıt” – “Qarabağ” oyununa indiyədək 2100-dən çox bilet satılıb.

Bu barədə “gənclik şəhəri” təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, satılan biletlər 3, 5 və 10 manatlıq sektorlarda çoxluq təşkil edir:

“Bu səbəbdən əvvəlcə iki beşmanatlıq sektor (8A və 8B) satışa açılmışdısa, marağın güclü olduğunu və artıq həmin yerlərə çox az sayda bilet qaldığını nəzərə alaraq eyni kateqoriyada daha iki sektoru satışa çıxardıq”.

Qarşılaşmanı izləmək istəyən azarkeşlər həm iTicket.az saytından onlayn olaraq, həm Sumqayıtda yerləşən 1 saylı Asan Xidmətdən, həm də stadionun yaxınlığındakı kassadan bilet əldə edə bilərlər.

Qeyd edək ki, “Sumqayıt” – “Qarabağ” matçı aprelin 28-də, saat 20:00-da start götürəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir