İdman

Dünya Kubokunda üç gümüş medal qazanan Azərbaycan ağırlıqqaldıranı Vətənə qayıdıb – FOTO

Sharing is caring!




Tailandın Puket şəhərində keçirilmiş Dünya Kubokunda üç gümüş medal qazanan Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli Vətənə qayıdıb.

“Report”un məlumatına görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında qarşılanma mərasimi olub.

Mərasimdə Azərbaycan Ağırlıqqaldırma Federasiyasının rəsmiləri, atletin yaxınları, azarkeşlər və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Dünya Kubokunda üç gümüş medal qazanan Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli bunun onun üçün çox böyük uğur olduğunu bildirib.

O, yarışın səviyyəsinin dünya çempionatına bərabər olduğunu söyləyib.

“Avropa çempionatındakı zədəmlə əlaqədar məşqlərə qoşula bilməmişdim. Turnirdə iştirakım üçün federasiyanın vitse-prezidenti Firdovsi Umudov böyük dəstək verdi. Mənə olan etimadı doğruldub üç gümüş medal qazandım. Dünya çempionatından üç bürünc qazansam da, bu nəticələr də mənim uğurlarım sırasına əlavə olundu. Bundan sonra mundiala hazırlaşacağam. Gələcək hədəflərim və iştirak edəcəyim yarışlar çoxdur”, – D.Dadaşbəyli əlavə edib.

Qeyd edək ki, Dadaş Dadaşbəyli turnirdə toplam 388 kq (177+211) nəticə göstərib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir