Türkiyənin Antalya şəhərində funikulyorun qırılıb düşməsi nəticəsində yaranan hadisə ilə bağlı xilasetmə işləri davam edir.
600 metr hündürlükdə aparılan xilasetmə işləri anbaan lentə alınıb. Həmçinin funikulyorun kabinəsində çarəsiz qalan körpə uşağın xilas edilməsi anlarının da görüntüləri yayılıb.
Xatırladaq ki, Antalyada baş verən qəzada bir nəfər ölüb, yeddi nəfər yaralanıb.
Xeberal.az