İdman

Konfrans Liqası: “Fənərbağça” səfərdə “Olimpiakos”a uduzdu – VİDEO

Sharing is caring!




UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin oyunlarına start verilib.

Oxu.Az xəbər verir ki, günün ilk iki qarşılaşması artıq yekunlaşıb.

“Fənərbağça” səfərdə “Olimpiakos”a qarşı müqavimət göstərib. Türkiyə klubu Yunanıstan təmsilçisi önündə 3:0 geri düşsə də, bu qollardan ikisinin əvəzini çıxa bilib. Lakin istanbulluların bundan artığına gücü çatmayıb 3:2.

Digər matçda “Fiorentina” – “Viktoria Plzen”i sınağa çəkib. İtalyanlarla çexlərin qarşıdurmasında qol qeydə alınmayıb və tərəflər quru heç-heçəyə razılaşıblar – 0:0.

Qeyd edək ki, bu cütlərin cavab oyunları aprelin 18-də keçiriləcək.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir