İdman

Qurban Qurbanovla maraqlanan “Beşiktaş” baş məşqçi ilə bağlı qərarını verdi

Sharing is caring!

Türkiyənin “Beşiktaş” klubu baş məşqçi ilə bağlı qərarını verib.

Portuqaliyalı baş məşqçi Fernando Santosun klubdan gedəcəyi müzakirə olunsa da, rəhbərlik mövsümün sonuna qədər gözləmək qərarına gəlib.

Fernando Santos Türkiyə kubokunu qazanarsa və liqanı 3-cü pillədə başa vurarsa, yeni mövsümdə də vəzifəsinə davam edə biləcək.

Mövsümə Şenol Güneşlə başlayan “Beşiktaş” daha sonra komandanı Burak Yılmaz, Rıza Çalımbay, Serdar Topraktepe və son olaraq Fernando Santosa həvalə edib.

Qeyd edək ki, bir neçə gün öncə “Beşiktaş” klubunun “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla maraqlanması xəbəri yayılmışdı.

Mənbə: NTV Spor

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir