İdman

UFC: Nəriman Abbasov iddiaçılar turnirində uduzdu – VİDEO

Sharing is caring!

Azərbaycanın MMA idmançısı Nəriman Abbasov Las-Veqasda (ABŞ) “Dana White’s Contender Series” (Deyna Vaytın İddiaçılar Seriyası) turnirində ilk döyüşünə çıxıb.

Oxu.Az xəbər verir ki, 28 yaşlı idmançı debütünü braziliyalı İsmael Bonfimə qarşı keçirib.

Döyüş Bonfimin (30-27, 30-27, 29-28) qələbəsi ilə başa çatıb.

Beləliklə, Azərbaycanın 28 yaşlı təmsilçisi karyerasında dördüncü dəfə məğlubiyyətlə üzləşib. Bu qələbə onun rəqibi üçün MMA-da 17-ci (üç məğlubiyyət – red.) olub.

Xatırladaq ki, Abbasov daha əvvəl “AMC Fight Nights” turnirində Marif Pirayevlə dueldə (30-5) yüngül çəki dərəcəsində çempion titulunu qoruyub saxlayıb. 

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir