Dünya

Qırğızıstan prezidenti Binəli Yıldırıma dövlət ordeni təqdim etdi

Sharing is caring!

Qırğızıstan Prezidenti Sadır Japarov Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzvlərilə görüşüb.

Bu barədə Qırğızıstan liderinin mətbuat xidməti xəbər yayıb.

Japarov qonaqları salamlayaraq, ağsaqqalların cəmiyyətdə necə mühüm və şərəfli yer tutduğunu qeyd edib. O, həmçinin qloballaşma və bir çox xalqların öz kimliyini itirdiyi bir dövrdə yaradılmış Ağsaqqallar Şurasının əhəmiyyətini vurğulayıb.

Öz növbəsində ağsaqqallar səmimi qəbula görə Qırğızıstan dövlətinin başçısına minnətdarlıq edərək, Japarovun təşkilatın inkişafında böyük xidmətlərini qeyd ediblər.

Görüşün sonunda Japarov Qırğızıstan Respublikası ilə Türkiyə Respublikası arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsində böyük xidmətlərinə görə Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımı “Danaker” ordeni ilə təltif edib.

Mənbə: Anadolu

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir