İdman

Azərbaycan Premyer Liqasının klubları cərimələnib

Sharing is caring!

AFFA İntizam Komitəsi “Araz-Naxçıvan”ın futbolçusu Numan Kurdiçu bir oyunluq cəzalandırıb.

Oxu.Az xəbər verir ki, buna onun “Qəbələ” ilə Premyer Liqanın XXVII turunun matçında (1:1) qırmızı vərəqə alaraq meydandan qovulması səbəb olub.

Naxçıvan təmsilçisi legionerə görə 800 manat ödəyəcək.

“Turan Tovuz” 500, “Qarabağ” 1 500 manat ziyana düşüb. Tərəflər arasında Tovuzda reallaşan qarşılaşma bitdikdən sonra tunel, texniki zona və miks zonaya “A buraxılışı” vəsiqəsi olmayan şəxslər buraxıldığına görə meydan sahibləri cərimələniblər.

“Qarabağ” isə azarkeşlər pirotexniki vasitədən istifadə etdiyi üçün bu məbləği ödəməyə məcburdur.

Komitə “Sumqayıt”a 700 manat cərimə kəsib. “Gənclik şəhəri” təmsilçisinin dörd oyunçusu “Sabah”a 1:2 hesabı ilə uduzduqları matçda sarı vərəqə alıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir