İdman

Azərbaycanlı dünya çempionunun Ümumdünya Oyunlarındakı rəqibi müəyyənləşdi

Sharing is caring!

ABŞ-ın Birminqem şəhərində keçiriləcək Ümumdünya Oyunlarında mübarizə aparacaq Azərbaycan kikboksçusu Bəhram Rəcəbzadənin rəqibi müəyyənləşib.

Oxu.Az-ın xəbərinə görə, +91 kq çəki dərəcəsində K1 üsulu ilə keçiriləcək mübarizəyə 1/4 finaldan start veriləcək.

Ən ağır çəkili idmançımızın mötəbər turnirdəki rəqibi Monteneqro kikboksçusu Miroslav Vuyoviç olacaq. O, yarımfinala adlayacağı halda, Oskar İquera (Venesuela) – Roman Şerbatyuk (Ukrayna) cütünün qalibi ilə görüşəcək.

Qeyd edək ki, Ümumdünya Oyunlarında kikboksinq yarışları 10-15 iyul tarixlərində keçiriləcək.

Səbuhi Musa

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir