İdman

Azərbaycan gimnastları “AGF Tropy” beynəlxalq turnirində qızıl medal qazanıblar

Sharing is caring!

Bakıda keçirilən idman gimnastika üzrə “AGF Trophy” beynəlxalq turnirində medal qazanan azərbaycanlı idmançılar mükafatlandırılıb.

Bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.

Bildirilib ki, böyüklər arasında mübarizə aparan gimnastlarımız ayrı-ayrı alətlər üzrə hərəkətlərdə medallara layiq görülüblər.

Azərbaycan millisinin üzvləri Nikita Simonov halqalarda qızıl, İvan Tixonov paralel qollarda qızıl, halqalarda bürünc, Rəsul Əhmədzadə sərbəst hərəkətlərdə qızıl, paralel qollarda bürünc, Nazənin Teymurova dayaqlı tullanmada qızıl, müxtəlif hündürlüklü qollarda bürünc, Murad Ağarzayev isə sərbəst hərəkətlərdə gümüş medal qazanıb.

Qeyd edək ki, Bakıda təşkil olunan “AGF Trophy” beynəlxalq turnirinə bu gün yekun vurulacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir